İŞİD Türkiyə hərbçilərinə hücum etdi: 5 şəhid, 9 yaralı

Suriyanın şimalındakı Əl Bab bölgəsində İŞİD terror təşkilatı Türkiyə əsgərlərinə hücum edib. APA TV-nin məlumatına görə, 5 Türkiyə hərbçisi şəhid olub, 9 əsgər yaralanıb.

 

Hadisə “Fərat qalxanı” əməliyyatının 150-ci günündə baş verib. İŞİD terrorçuları partlayıcı yüklənmiş avtomobillə Türkiyə hərbçilərinə hücum təşkil ediblər. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı 5 hərbçinin şəhid olduğunu, 9 əsgərin yaralandığını təsdiqləyib.

 

Yaralılar və şəhidlərin cənazəsi artıq Türkiyəyə gətirilib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR