ABŞ-da Obama dövrü bitdi, Tramp dövrü başladı
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp and içib. İnauqurasiya mərasimindən əvvəl Donald Tramp ilə Barak Obama arasında Ağ evdə görüş olub. Görüşdə Donald Trampın və Barak Obamanın xanımları da iştirak ediblər.
Sonra Barak Obama və Donald Tramp avtomobil karvanının müşayiəti ilə inauqurasiya mərasiminin keçirildiyi ABŞ konqresinə gəliblər.
Mərasimdə prezidentliyə namizəd Hillari Klinton və onun həyat yoldaşı, sabiq Prezident Bill Klinton, həmçinin ABŞ-ın digər keçmiş prezidentləri, dövlət və hökumət nümayəndələri, konqresin üzvləri iştirak ediblər.
Əvvəlcə Maykl Pens ABŞ-ın 48-ci vitse prezidenti kimi and içib. Daha sonra 45-ci Prezident Donald Tramp vəzifəsinin icrasına başlaması ilə bağlı and içib.
Donald Tramp prezident kimi ilk çıxışında bildirib ki, ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək:
“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.
Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb. Tramp qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikiləcəyini, ölkədən kriminal keçmişli insanların deportasiya olunacağı barədə məlumatı təsdiqləyib:
“Boş söhbətlərin vaxtı keçib, real işlər görmək dövrü başlayır. Dəyişikliklər bu andan başlayır. Bu anlar Amerika xalqınındır. Bu sizin gününüz və bayramınızdır. Bu ölkə sizə məxsusdur. 20 yanvar 2017-ci il tarixi ölkəyə insanların idarə etməyə başlandığı gün kimi düşəcək”
Donald Tramp bəyan edib ki, hakimiyyəti xalqa qaytaracaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı