Vaşinqtonda Trampın andiçməsi ərəfəsində iğtişaşlar
Vaşinqtonda Donald Trampın andiçmə mərasimindən əvvəl yeni prezidentin əleyhdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib:
Üzünü gizlədən təxminən 500 adam şəhərin mərkəzində maşınların və mağazaların şüşələrini sındırıb. “Bank of America”, “McDonald's” və “Starbucks” şöbələrinə ciddi ziyan dəyib. Aksiya iştirakçıları bildiriblər ki, kapitalist sisteminə qarşı çıxırlar.
Etirazların təşkilatçıları bəyan ediblər ki, Donald Trampın qadınlar, qeyri-leqal miqrantlar və müsəlmanlar haqqında fikirlərindən narazıdırlar. Onlar hesab edirlər ki, yeni prezident Amerikanın imperializm siyasətini davam etdirəcək.
Aksiya iştirakçıları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Asayiş keşikçiləri qaz və səs qumbaralarından istifadə ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı