İmişlidə film kimi qəza: toqquşan avtomobillərdən biri piyadanı vurdu

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, "VAZ" markalı 15 BB 387 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Əbülfət İsməli oğlunun idarə etdiyi "Daewoo" markalı 30 BH 109 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəzadan sonra toqquşan avtomobillərdən biri yolun kənarında dayanan 1932-ci il təvəllüdlü Şahbazov Nəriman Sədi oğlunu vurub. 85 yaşlı kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR