İsmayıllıda avtomobil elektrik dirəyinə çırpıldı: ölən və yaralanan var
İsmayıllı rayonunda ağır qəza baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb.
İsmayıllı rayonu Diyallı kənd sakini, 1994-cü il təvəllüdlü Nuğayev Seyran Bəhmən oğlu idarə etdiyi 31 BE 525 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, İsmayıllı rayonunun Diyallı kənd sakini, 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.
Dərhal hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Sənan Şəmiyevin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Sürücü Seyran Nuğayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı