Azərbaycan prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

 

APA TV-nin məlumatına görə, prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR