20 Yanvarda nə baş verib? - SORĞU
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya hücum etdi. Elan edilməyən fövqəladə vəziyyət rejimi yüzlərlə insanın qanı bahasına quruldu. Dinc sakinlər qətlə yetirildi və yaralandı.
Tariximizin qanlı, eyni zamanda şanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 27 il ötür. Ötən zaman bizi o şanlı tarixdən bir qədər də uzaqlaşdırır. Bəs görəsən, bu uzaqlaşma bizə o tarixi unutdurmur ki?
- 20 Yanvar qırğın günüdür.
- Həmin gün müharibə olub, camaatı qırıblar.
- Məlumdur ki, rus ordusu Azərbaycana basqın edib. Sağ olsunlar, bizim igidlərimiz onlara müqavimət göstəriblər. Müstəqilliyimizi onların sayəsində əldə etmişik. Allah onlara rəhmət eləsin! Vaxt olanda biz də gedib onları ziyarət edirik.
- Hadisə gecə yarısı baş verib. Rus ordusu Azərbaycan əsgərlərini, xalqını qırıb.
- Yəqin soyqırım.
- 20 Yanvar metrosunda partlayış olub. Soyqırım olub.
- Rus imperializminin Azərbaycana qarşı törətdiyi ən cinayət. Müstəqilliyi əlimizdən almaq üçün xalqı faciəvi surətdə qırıblar, qətlə yetiriblər.
- Bilmirəm.
- Hadisə 19-dan 20-nə keçən gecə erməni işğalçıları tərəfindən bizim 20 Yanvar adlanan dairəyə hücum olub.
Tarixi dəyişmək olmur. Amma unutqanlıq gələcək tarixə də təsir edə bilər. Çalışaq, tariximizə sahib çıxaq!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı