Corc Soros: "Tramp diktator olacaq"

Corc Soros vəzifəsinin icrasına başladıqdan sonra Donald Trampın diktator ola biləcəyini söyləyib.

 

APA TV-nin məlumata görə, bu fikirləri milyarder "Bloomberg" agentliyinə müsahibəsində söyləyib.

 

C.Soros eyni zamanda D.Trampın fırıldaqçı və dələduz olduğunu qeyd edərək, onun açıq cəmiyyət üçün təhlükəli idarəetmə forması seçəcəyini vurğulayıb. O deyib ki, yeni seçilən prezidentin ideyaları bir-biri ilə ziddiyyət təşkil edir.

 

Ağ Evin yeni rəhbərinin andiçməsindən maliyyə bazarlarının vəziyyətinə gəlincə, C.Soros bunu proqnozlaşdırmağın mümkün olmadığına diqqət çəkib.

Özü barəsində də danışan Soros Trampdan mümkün qədər uzaq durmağa çalışacağını açıqlayıb.

 

2016-cı ilin dekabrında da milyarder prezidenti tənqid edərək, onun komandasının səriştəsiz ekstremist və istefada olan generallardan ibarət olduğunu söyləmişdi.

Hələ ötən həftə Corc Sorosun Donald Trampın qələbəsindən sonra fond birjasında 1 milyard dollar itirdiyi barədə xəbərlər yayılıb. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR