Tramp ilk dəfə prezident təyyarəsi ilə Vaşinqtona gəldi

Donald Trampın andiçmə mərasimi Amerika vaxtı ilə saat 12:00-də başlayacaq. APA TV-nin məlumatına görə, gecə saatlarında Vaşinqtonda son hazırlıq işləri yekunlaşıb.

Tədbirdə 800 min insanın iştirak edəcəyi bildirilir.

Paytaxtda güclü təhlükəsizlik tədbirləri görülüb. Ağ Evin və Kapitolinin ətrafına xeyli sayda asayiş keşikçisi gətirilib.

Tramp isə ilk dəfə prezident təyyarəsi ilə Endrüs hərbi bazasına gəlib. Onun ailəsi də Vaşinqtondadır. Bundan əvvəl isə o, həmişə şəxsi təyyarəsindən istifadə edib.

 

Protokola görə, yeni prezident ilk olaraq Arlinqton məzarlığında Linkolnun məzarını ziyarət edib və konsert proqramına qatılıb. Mərasimə o, xanımı ilə əl-ələ tutaraq gəlib və çıxışına tərəfdarlarına minnətdarlıq ifadə edərək başlayıb.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR