Ağcabədidə ağır qəza: 1 ölü, 3 yaralı

Ağcabədi rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Sarcalı kəndi ərazisində baş verib.

 

Əliyev Səfqulu Saday oğlunun idarə etdiyi "VAZ-21011" markalı 04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lafetlə toqquşub. Nəticədə "VAZ-21011" markalı maşının sürücüsü Səfqulu Əiyev, sərnişinləri Hüseynov Əli Ziyad oğlu, Qasımov Adil Cəlal oğlu və Hüseynzadə Həsən Səfər oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Səfqulu Əliyev və Əli Hüseynovun vəziyyəti ağır olduğundan, Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR