Türkiyə parlamentində qadın millət vəkilləri saçyolduya çıxdı

Türkiyə parlamentində Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan səsvermə prosesinin ikinci turu qalmaqalla başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, CHP qadın millət vəkili Aylin Nazlıaka çıxış etməyə başlamazdan sol əlini kürsüyə qandallayıb.

Bundan sonra parlamentdə millət vəkilləri arasında qalmaqal yaşanıb. Qadın deputatlar daha aktiv olublar.

AKP-ni təmsil edən qadın millət vəkilləri Aylin Nazlıakaya hücum ediblər. Onlar CHP millət vəkilinin qolundan qandalı açmağa cəhd göstəriblər.

Qarşıdurma zamanı Aylin Nazlıakaya partiydaşı olan digər xanım deputat Şəfəq Pavey dəstək olmaq istəyib. Lakin o, qarışıqlığa düşərək xəstəxanalıq olub.

Müdaxilə zamanı AKP-li Gökcən Özdoğan Ençin də boyun və belindən zədə aldığı deyilir. Bundan başqa HDP millət vəkili Pərvin Buldan da xəsarətlər alıb.

Hadisədən sonra xəstəxanalıq olan CHP-li Şəfəq Pavey AKP-li xanım millət vəkillərinin onların saçını yolduqlarını deyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR