Tramp andiçmə mərasimində öldürülə bilər - SSENARİ

CNN telekanalı Trampa qarşı andiçmə mərasimində necə sui-qəsd törədiləcəyini əks etdirən reportaj hazırlayıb. APA TV-nin məlumatına görə, bu reportajın efirə getməsi ölkədə səs-küyə səbəb olub.

Adı çəkilən telekanalla yeni seçilmiş prezident arasında münasibətlər yaxşı səviyyədə deyil. Kanalın reportyoru Brayan Todd isə nəinki Trampa, onun hakimiyyəti dövründə vitse-prezident postunu tutacaq şəxsə və Konqresin tanınmış simalarına qarşı da həyata keçirilə biləcək sui-qəsd ssenarisi barədə süjet hazırlayıb.

Reportajda adı çəkilən şəxslərin qətlə yetiriləcəyi halda onları kimlərin əvəz edəcəyi ilə bağlı fikirlər də bildirib.

Sosial şəbəkələrdə sözü gedən reportaj geniş müzakirə olunur. Məlum olub ki, CNN-dən başqa PBS telekanalında ABŞ-ın keçmiş prezidentlərindən Linkolna qarşı edilən sui-qəsdlə bağlı hazırlanan sənədli film nümayiş olunub.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR