Dələduzluqda təqsirləndirilən: "500 manat beh verib, yazıb ki, 5 min vermişəm"

Həmid Abdiyevi Suraxanı RPİ-nin əməkdaşları həbs ediblər.

 

APA TV-nin məlumatına görə, 3 aydan çox axtarışda olan Abdiyev dələduzluqda ittiham olunur.

 

Ancaq o, özünü qismən təqsirli sayır: "1 milyon yemişəm, neynəmişəm. 2 sotu 5 min manat edib. Onun  min manatını makler alıb".

 

Ötən ildən istintaqdan yayınan 1980-ci il təvəllüdlü Həmid İntiqam oğlu Abdiyev CM-nin 178.3-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, ayrı-ayrı şəxslərə adında olmayan torpaq sahəsini göstərib satmaqla, yaxın günlərdə sənədi qanuniləşdirəcəyinə söz verərək onların etibarından sui-istifadə edib və pul alaraq mənimsəyib: "500 manat beh verib, gedib yazıb ki, 5000 beh vermişəm. Ümumi 5 nəfər şikayət edir".

 

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs yaxın qohumu olan Novruzlu Naibəxanıma məxsus 4 ədəd şubanı alaraq satıb pulunu verəcəyinə söz verib. Lakin şubalar satılsa da, pulu verilməyib. Saxlanılan şəxs isə cəmi 1 şuba aldığını və qadına 2200 manat borclu olduğunu etiraf edib. İstintaq Abdiyevin vətəndaşlara 25 min manatdan yuxarı maddi ziyan vurduğunu bildirir.

 

İdarədən bildiriblər ki, Abdiyev ifadələrində səmimi deyil və onun əməllərindən zərər çəkən şəxslərin sayı daha çoxdur. Polis bu şəxsi görüb tanıyanlardan Suraxanı RPİ-yə müraciət etməyi xahiş edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR