45 gün əvvəl qüsurlu uşağı dünyaya gələn ata faciəli şəkildə öldü
Astarada 27 yaşlı gənc dəm qazının qurbanı olub. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Vaqo kəndində qeydə alınıb.
Kənd sakini, 27 yaşlı Elnur Məhərrəmovun səhərə yaxın dəm qazından boğulub öldüyü məlum olub. Hadisə zamanı mərhumun ailəsi 45 gün öncə dünyaya qüsurlu göz açmış uşağının yanında, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında olub. Yaxınları onun ölümündən səhər saatlarında xəbər tutub: "Yoldaşı ilə uşağı Lənkəran xəstəxanasında olub. Axşam gəlib evə, qazı yandırıb. Biz səhər xəbər tutduq ki, qazdan boğulub".
İlkin versiyaya görə, boğulmağa təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı