Tehranda bina çökdü, ölü sayı çoxdur - HADİSƏ YERİNDƏN
Tehranın hündürmərtəbəli binada yanğın olub, nəticədə bina çöküb. APA-nın Tehran bürosunun məlumatına görə, Türkiyə səfirliyinin qarşısında yerləşən “Plasko” binasında yanğın saat 08:00 radələrində başlayıb.
Yanğını söndürmək üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub, nəticədə yanğın söndürülüb. Lakin bir neçə dəqiqə sonra yenidən yanğın başlayıb və binanın çökməsinə səbəb olub. Yanğın zamanı 35 nəfər xəsarət alıb.
Qeyd edək ki, 17 mərtəbəli “Plasko” Tehranda tikilmiş ilk hündürmərtəbəli binadır. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Binanın çökməsi nəticəsində yanğınsöndürənlərdən 30 nəfərin dağıntılar altında qaldığı bildirilir. İran mətbuatı onların həlak olduğu barədə yazır.
Yanan binanın ətrafında yerləşən səfirliklər boşaldılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı