Yağış və sulu qar yağacaq

Bakı və Abşeron yarımadasında yanvarın 20-də tutqun hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər nazirliyindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz  4-6 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR