Neft sürətlə dəyər itirir
Birjalardan xam neft 24 saat ərzində bir dollardan çox dəyər itirib. APA TV-nin məlumatına görə, "Brent" nefti ötən günün son satışlarında 53,95 dollara qədər ucuzlaşıb. Bu markadan olan xam neft hazırda 54,38 dollara təklif olunur. Bu dünənki qiymətlərdən 1,30 dollar ucuzdur.
WTİ neftinin qiymətində də ciddi ucuzlaşma qeydə alınıb. Qərbi Texas nefti səhər seanslarında 51,51 dollardan təklif olunur. Ötən gün bu neft 52,66 dollardan satılırdı.
Neft sektorunda bu gün qeydə alınan qiymətlər son bir həftənin ən aşağı qiymətləridir. Son satışlarda qiymətlərin bahalaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının azalması barədə informasiyanın yayılmasıdır. Ekspertlər bu gün açıqlanacaq rəqəmlərdə azalma olacağını düşünür. Bu ölkənin neft ehtiyatları azalsa da, bu müvəqqəti olacaq. Çünki OPEK-in istehsalı azaltması ilə birgə neftin qiymətləri 50 dolları keçib. Bu qiymət ABŞ-da neft quyuların sayının artmasını şərtləndirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı