Bütün valyutalar bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə artaraq 1,8311 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,9483 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında dəyər qazanıb. Hazırda 1000 rubl 30 manat 80 qəpik, 100 türk lirəsi 48 manat 11 qəpik, 100 gürcü larisi isə 68 manat 79 qəpik səviyyəsindədir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı