İstanbulda helikopterli antiterror əməliyyatı

İstanbulun Okmeydanı ərazisində bir neçə ünvana helikopterlərin də dəstəyi ilə antiterror əməliyyatı keçirilib, 5 nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, xüsusi təyinatlılar, çevik polis və terrorla mübarizə şöbəsinin birgə əməliyyatı zamanı DHKP/C terror təşkilatının sifarişləri ilə fəaliyyət göstərən Gənclər Federasiyasının binasında axtarış tədbirləri keçirilib. Seyf qapıları sındıraraq içəri daxil olan polis əməkdaşları 5 nəfəri saxlayıblar. Onlardan birinin terrorçu-intiharçı olduğu ehtimal edilir.

 

Ofisdə aparılan axtarış zamanı xeyli sayda sənəd və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanların kimliyi və konkret hansı terror aktında iştirak etdikləri açıqlanmır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR