Dövlət Sərhəd Xidmətində 20 Yanvar şəhidləri anılıb

Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. APA TV-nin

 

Tədbir iştirakçıları əvvəlcə faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə baxıblar. Rəsmi hissədə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım mərasimində DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.

 

Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə milli-azadlıq mübarizəsini daha da gücləndirib. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.

 

Tədbirin sonunda 20 Yanvara həsr olunan sənədli film nümayiş etdirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR