Azərbaycan və Ukrayna prezidentləri Davosda görüşüblər

Azərbaycan prezidenti İlham Əliyevin Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

 

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR