İsmayıllının İvanovka kəndində ev yanıb

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında İvanovka kəndində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Həsənov Emin Həsən oğluna  məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Ümumi sahəsi 130 kvadrat metr olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı evin 106 kvadrat metrlik hissəsi yanıb, 24 kvadratmetrlik hissəsi və yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

 

Evdə yaşayış olmadığı üçün hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğın barədə FHN-ə ev sahibinin qonşuları məlumat verib. Faktla bağlı araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR