Taksi sürücüləri üçün maarifləndirmə tədbiri keçirildi
Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibatı ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirləri davam etdirir.
APA TV-nin xəbərinə görə, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların çatdırılması, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin "Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsi olub.
Maarifləndirici xarakter daşıdığından, tədbir zamanı dayanma-durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı bir protokol tərtib edilməyib. Lakin bildirilib ki, gələcəkdə qaydaları pozan bütün sürücülərə qarşı inzibatı cəza tədbiri görüləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı