Nəfəsinizi saxlayın! - REPORTAJ

Bir çoxları düşünür ki, nəfəsini düzgün tənzimləyir. Amma, sən demə, bu belə deyilmiş. Nəfəs alıb-verməyin xüsusi qaydaları və texnikası var. Düzgün nəfəs alınmadıqda bir çox xəstəliklərə gətirib çıxarır.

 

Türkiyədən Azərbaycana qonaq gəlmiş nəfəs təlimçisi Şulə Kocadölü deyir ki, nəfəs dərsləri ilə tanış olduqdan sonra 9 ildir, özünü çox yaxşı hiss edir. Onun sözlərinə görə, nə qədər düzgün nəfəs alırıqsa, o qədər yaşayırıq: "Nəfəs məşqləri var, buyurun gəlin. "Nəfəs alaq" dediyimizdə, necə yəni mən nəfəs almıram deyirlər. Təbii ki, nəfəs alırıq, amma çətin nəfəs alırıq. Bizim dediyimiz orqanizmin imkan verdiyi qədər tam nəfəs almaqdır. Əgər biz 30 faiz nəfəs alırıqsa, həyatınızda da hər şey 30 faiz yaxşı olacaq. 100 faiz nəfəs alırıqsa, hər şey 100 faiz yaxşı olacaq".

 

Şulə Kocadölünün sözlərinə görə, düzgün nəfəs almamaq bir çox fəsadlara gətirib çıxarır: "İllərdir yığılıb qalan enerji kütləsi və limitli nəfəs almaq təbii olaraq, depressiya və digər problemlər yaradır. Bir il müddətində yaxşı nəticə əldə edə bilməyən həkimlər nəfəs təlimlərinə göndərdikləri xəstələrdə yüksək nəticə əldə edirlər. Zehin açıqlığı verir, uşaqlarda bu, daha çox özünü tez büruzə verir. Oksigenin olmadığı yerdə xərçəng xəstəliyi olur. Əgər xərçəng xəstəliyinin başlanğıc mərhələsindəyiksə və tez tanış olmuşuqsa, nəfəs dərsləri ilə o zaman daha tez yaxşılaşmaq mümkündür. Həkimlər  kimyaterapiya ilə yanaşı, nəfəs təlimi də məsləhət görür".

 

Nəfəs təlimçisindən xahiş edirik ki, düzgün nəfəs alma qaydasının bir neçə qaydasını bizə əyani şəkildə göstərsin: "Nəfəs seansı zamanı xalı üzərində yatarıq, arxası üstə uzanaraq dizləri yarıdan bükərək, seans boyu gözlər bağlı vəziyyətdə, nəfəsi ağızdan alıb ağızdan vermək lazımdır. Çünki ağızdan aldığımız nəfəsdəki oksigenə ehtiyacımız var. Bir nəfəs seansı 40 dəqiqə çəkir. Bu müddətdə ağzımızı açıq tutmaqda çətinlik çəkdiyimiz üçün bu ağızlıqdan istifadə edəcəyik. Ağıza yerləşdirdikdən sonra nəfəs qarında başlayar, bizim üçün olmazsa olmaz nəfəs aldığımızda qarnımızın şişməsi lazımdır, verdiyimizdə buraxmaq lazımdır. Nəfəs qarında başlayar və bağlantılı olması lazımdır".

 

Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. İnkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir. Odur ki, hər şeyi zamanında etmək lazımdır ki, sonradan problemlərlə qarşılaşmayasınız. Nəfəsiniz daim təravətli olsun! 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR