Göyçayda 5 otaqlı ev yandı

Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb.

 

Kənd sakini, 1960-cı il təvəllüdlü Abdullayev Bayram Hacı oğluna məxsus ümumi sahəsi 280 kv. metr olan 5 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3, Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı evin 130 kv. metrlik hissəsi içəridəki məişət əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər mənzilin 150 kv. metrlik hissəsini, eləcə də yaxınlıqdakı tikililəri alovdan mühafizə edib. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR