Astarada dəhşətli qəza: 1 ölü, 4 yaralı

Astarada bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb.

 

Şuvi kənd sakini, 27 yaşlı Bəylər İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri Astara Rayon Mərkəzi Xəstəxanasına, ikisinin vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ağır kəllə-beyin travması alan Şuvi kənd sakini, 30 yaşlı Yusif Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunduqdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib. Kliniki ölüm keçirən 3 yaşlı Afət İbrahimovanı isə həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Digər yaralıların - 25 yaşlı Eldost  İbrahimov, 25 yaşlı Nahidə Sultanova və sürücünün vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR