DGK-ya yeni avadanlıqlar təqdim edildi
Bu gün Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə yeni avadanlıqlar təqdim olunub.
"APA-Economics" xəbər verir ki, təqdimat mərasimində DGK-nin sədri Aydın Əliyev, Aİ və BMT İnkişaf Proqramının nümayəndələri iştirak edib.
Yeni avadanlıqlar DGK-ya "Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində, sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müayinə edilməsi məqsədilə təqdim edilib.
Tədbirdə çıxış edən A.Əliyev bildirib ki, bu ilin yazında Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafı, sanitar və fitosanitar yoxlamaları gücləndirmək üçün yeni avadanlıqlar istifadəyə veriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı