Bakıda intensiv yağışlar başlayır, güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında yanvarın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi axşam  arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 2-5, gündüz 6-8 dərəcə, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 

Yanvarın 19-20-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR