İraq səfiri: "Türkiyə ərazisinə xeyli sayda İŞİD-çi keçib"
İraqın Türkiyədəki səfiri Hişam əl-Aləvi Ankaraya ölkə ərazisinə xeyli sayda İŞİD terrorçusunun keçdiyi və bir qisminin də buna hazırlaşdığı barədə xəbərdarlıq edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu xəbərdarlıq ölkənin xüsusi xidmət orqanlarına çatdırılıb.
Səfir həmin terrorçuların Mosul, Telafer və bölgədəki digər şəhərlərdən olduğunu açıqlayıb. O, Mosul əməliyyatı nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan sakinlərlə oradan qaçan İŞİD terrorçularını bir-birindən ayırmaq üçün İraq və Türkiyənin birgə çalışmasının mütləq olduğunu deyib. Əl-Aləvi İŞİD-in həm İraq, həm də Türkiyə üçün ciddi təhlükə olduğunu vurğulayıb.
Diplomat Mosul əməliyyatının növbəti mərhələsinə toxunaraq deyib ki, şəhərin qərb hissəsinə ediləcək hücum Mosulda İŞİD-in sonunu gətirəcək.
PKK-ya qarşı planlaşdırılan Sincar əməliyyatından da danışan səfir bildirib ki, Bağdad hökuməti və Şimali İraq Kürd Muxtariyyətinin əldə etdiyi razılaşmaya əsasən, peşmərgələr adı çəkilən bölgədən PKK-nı təmizləmək üçün birgə çalışacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı