Çin rəhbəri: "Ticarət müharibəsindən heç kəs qalib çıxmayacaq"
Çin Xalq Respublikasının sədri Si Tszinpin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, çıxışı zamanı Çin lideri qloballaşma və azad ticarətin tərəfdarı olduğunu vurğulayıb.
O, yeni prezidentin seçilməsi ilə ABŞ-ın daxili bazara diqqəti yönəldəcəyi bir vaxtda ölkəsinin xarici ticarət əlaqələrinə daha çox diqqət ayıracağını bildirib. Si Tszinpin öz nitqində proteksionizm siyasəti və onun nəticələrinə də diqqət ayıraraq deyib ki, ölkələr öz maraqlarını qonşu dövlətlərin maraqlarına zərbə vurmayacaq şəkildə müdafiə etməlidir: "Proteksionizm siyasətinə sadiq qalmaq qaranlıq və qapalı otaqda əyləşməklə eynidir. Bəlkə də kənardan küləkli və yağışlı görünə bilər, lakin daxildə həmişə işıq və təmiz hava hakimdir. Heç kim ticarət savaşından qalib çıxa bilməyəcək".
Çin lideri eyni zamanda qloballaşmanın özü ilə yeni problemlər gətirdiyini söyləyib və dövlətlərin millətlərə fayda vermək üçün birgə fəaliyyət göstərməsinin önəmindən də danışıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı