Dollar yerində saydı, avro bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 17-si ilə müqayisədə dəyişməyərək 1,8045 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,9302 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2269 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında dəyər qazanıb. Hazırda 1000 rubl 30 manat 40 qəpik, 100 türk lirəsi 47 manat 90 qəpik, 100 gürcü larisi isə 68 manat 40 qəpik səviyyəsindədir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hərgün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR