ABŞ-dan Dağlıq Qarabağa qanunsuz səfər etmiş blogerin Azərbaycana verilməsinə münasibət
"Bloger Aleksandr Lapşinin ekstradisiyasına dair məsələləri bu prosesə cəlb olunmuş ölkələr etməlidir. Bununla belə, ABŞ söz azadlığının qorunmasının vacib olduğunu xatırladır".
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.
"Yaxşı olardı ki, bu barədə konkret ölkələr danışsın. Söz azadlığı bizim üçün önəmlidir", - deyə Con Kirbi ABŞ-ın bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə münasibəti ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, A. Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında" qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı