Avropa Parlamentinin yeni sədri seçildi

Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyası çərçivəsində baş tutan səsvermənin dördüncü turunun nəticələrinə əsasən qurumun yeni sədri vəzifəsinə Avropa Xalq Partiyasının nümayəndəsi, 63 yaşlı italiyalı Antonio Tayani seçilib.  

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin sədri vəzifəsini tərk edən Martin Şults bildirib.   

Martin Şults Almaniyada bu il keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə noyabrda qeyd olunan vəzifədən istefa verəcəyini elan edib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR