İranla Rusiya arasında ABŞ problemi - ASTANA GÖRÜŞÜ POZULA BİLƏR

Rəsmi Tehran Astanada yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxış edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib.  

“Biz ABŞ-ın danışıqlarda iştirakının əleyhinəyik. Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”, - deyə, Zərif vurğulayıb.  

Qeyd edək ki, danışıqlar Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini qeyd edib, lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR