Azərbaycanda “Recep İvedik-5” qalmaqalı
“Recep İvedik-5” filmində Azərbaycan boksçusu ilə bağlı səhnəsi Azərbaycanda birmənalı qarşılanmayıb. Bir çoxları düşünür ki, Recep İvedik ucuz üsullarla “komediya” yaratmaq istəyib.
Azərbaycanda düşünürlər ki, dünyada bu qədər çox ölkə olduğu halda, Azərbaycanın seçilməsi və Azərbaycanın bayrağına yumruq vurulması qəbuledilməzdir.
Aktyor Müşfiq Şahverdiyev baş verənlərə görə filmin ssenari müəllifini təqsirkar sayır: "Bu, bəlkə də sırf idmanda olsaydı, pis qarşılanmazdı. İdmançıların hamısının sinəsində ölkəsinin bayrağı olur. İdmanda yumruq da, təpik də atmaq olar. Amma film ssenaristin əlindədir. Ona görə də elə təqdim etmək olardı ki, qardaş ölkənin vətəndaşları bundan inciməsin".
Ssenarist Elsevər Mehdizadə isə düşüünr ki, məlum səhnədə azərbaycanlı deyil, erməni obrazı əks olunmalı idi: "5-ci filmin fraqmanını, məncə, Rəcəb etməməli idi. Düzdür, filmin təkcə traylerinə baxıb bir söz demək olmazdı ki, o konkret təhqir edib. Amma mən yenə də deyirəm, ora başqa bir obraz qoymaq olardı. Ən azı mətbuatda bir çox insanlar deyir ki, ora niyə erməni obrazı qoyulmayıb?"
Ssenarist, aktyor İlkin Həsəni isə “Recep İvedik-5” filmindəki bu səhnəni normal qəbul edir: "Recep İvedik 4" filmi Türkiyədə ən çox izlənilən film olub. Onun növbəti filmini səbirsizliklə gözləyirdilər, elə də Azərbaycanda. Azərbaycanda da bu film haqqında danışsınlar deyə düşünürəm ki, bir piar addımıdır".
Qeyd edək ki, film Türkiyədə də etirazla qarşılanıb. Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar "Recep İvedik 5" filmində türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlardan narahat olduğunu bildirib. Millət vəkili filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı