Məmmədyarov: "Rusiya bütün ciddiliyi ilə məşğul olarsa..."
"Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir".
Bu fikirləri APA İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib.
Onun sözlərinə görə, aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır: "Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq".
Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil" fikrinə münasibət bildirən Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır və dəstəklənir: "Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı