Kürdəmirdə ikimərtəbəli ev yandı
Kürdəmirdə fərdi yaşayış evi yanıb. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabucaq kəndində qeydə alınıb.
Kənd sakini Əsnayə Mehdiqulu qızı Abbasova məxsus ümumi sahəsi 640 kv. metr olan 2 mərtəbəli 9 otaqdan ibarət yaşayış evində güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin 180 kv. metri əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və 300 kv. metrlik çardaq hissəsi yanğından mühafizə olunub.
İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1275
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1432
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1407
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1094
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1187
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1120