Rusiyanın xarici işlər naziri: "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi..."
"Bu, artıq hansısa mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".
APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında "Azərbaycan ermənilərin işğal etdiyi ərazilərdə antiterror əməliyyatına, Qarabağ ərazisini işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına cavabında deyib.
O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.
Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir".
Lavrov qeyd edib ki, insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzvlərindən də maraqlanmaq olar".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı