Cəlilabadda başdaşı sexi yarıldı
Cəlilabadda başdaşı düzəldilən sexdən oğurluq edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.
Axşam saatlarında naməlum şəxs və ya şəxslər Nazim Rzayevə məxsus sexin pəncərəsindəki dəmir məhəccərləri xüsusi alətlərlə yerindən çıxararaq, içəri daxil olub. Onlar başdaşıların hazırlanmasında istifadə olunan avadanlıqları, eləcə də bir ədəd elektrik generatorunu oğurlayıblar.
Sex sahibi isə hadisədən səhər saatlarında xəbər tutub. Məlum olub ki, naməlum şəxslər oğurladıqları avadanlıqları elə sexin həyətindəki arabaya yığaraq aparıblar. Sex sahibinə 1500 manata yaxın maddi ziyan dəyib: "Axşam sexi bağlayıb getdik evə. Səhər 9-da gəldim sexə, gördüm sexim yarılıb, divar uçub, biz işlədən avadanlıqların hamısını aparıblar".
Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı