Lavrov: "Tramp-Putin görüşü nəzərdə tutulmur"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında İslandiya paytaxtında görüş keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

APA TV-nin məlumatına görə, diplomat bu barədə keçirdiyi mətbuat konfransında açıqlama verib: "Bu barədə informasiyalar gerçəkliyi əks etdirmir. Bunun üçün heç bir danışıq olmayıb və bu görüşün keçirilməsi üçün tərəflər cəhd göstərməyiblər", deyə o qeyd edib.

Lavrov əlavə edib ki, indi və bundan sonra da bu istiqamətdə heç bir plan və hazırlıq görülməsi nəzərdə tutulmayıb.


Xatırladaq ki, Reykyavik sammiti tarixi hadisədir. 1986-cı ildə SOV. İKP-nın Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovla ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan arasında ikinci görüş məhz İslandiya paytaxtında baş tutub.

Həmin görüş "soyuq müharibə"nin bitməsi yolunda atılan ilk addım idi.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR