Əli Əhmədov: "Azərbaycan dərman idxalına son qoyacaq"
"Azərbaycana dərman preparatları əsasən idxal olunur. Bu isə böyük valyuta tələb edir. Milli sağlamlıq təhlükəsizliyinin təmin olunması üçün daxildə dərman istehsalının qurulmasına ehtiyac var. Bu məqsədlə dərman zavodlarının qurulmasına start verilib, yaxın vaxtlarda istehsala başlanacaq. Dərmanların istehsalında lazım olunan tərkib kənardan gətiriləcək. Lakin bir müddətdən sonra bütün komponentləri özümüzdə istehsal etməklə fəaliyyəti gücləndirəcəyik".
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu açıqlamanı Yevlaxa səfəri zamanı baş nazirin müavini Əli Əhmədov deyib.
O, Yevlax Mərkəzi Rayon Xəstəxanasında quraşdırılan avadanlıqlarla tanış olduqdan sonra səhiyyə işçiləri ilə görüş keçirib. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Yevlax rayonunda və Mingəçevir şəhərlərində həyata keçirilən “İcbari Tibbi Sığorta” pilot layihəsi yaxın günlərdə işə salınacaq. Bunun üçün müvafiq qurumların qarşısında qoyulan vəzifələr artıq reallaşır. İcbari Tibbi Sığorta modeli hər iki bölgənin timsalında bir il ərzində sınaqdan keçirildikdən sonra bütün respublikada tətbiq olunacaq.
Əli Əhmədov onu da qeyd edib ki, çox yaxın vaxtlarda icbari tibbi sığorta əsasında səhiyyə xidmətlərinin göstərilməsinə başlanacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı