DGK sədri: "Astara gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərməyə hazırdır"

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycan-İran Astara sərhəd-keçid məntəqəsinin fəaliyyəti barədə danışıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, komitə sədri Azərbaycan tərəfinin 24 saat fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

Aydın Əliyev Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan sakinlər iştirak edib.

 

Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR