"Reina" terrorçusu belə yaxalandı - ƏMƏLİYYAT ANI
Yeni il gecəsində İstanbulda qətliam törədən şəxsin yaxalanma anının görüntüləri yayımlanıb.
APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, Abdulqadir Maşaripov qırğız yoldaşına aid olan evdə ələ keçib.
Əməliyyatda terrorçu ilə birgə 4 nəfər də saxlanılıb. Saxlanılanlardan üçü qadındır, 1 nəfərin Qırğızıstan vətəndaşı olduğu dəqiqləşdirilib.
Əməliyyat zamanı Abdulqadir Maşaripovun 4 yaşındakı oğlu da evdə olub.
Əməliyyatın uğurla nəticələnməsindən sonra polis əməkdaşları qucaqlaşaraq bir-birini təbrik ediblər.
Terrorçu birbaşa xəstəxanaya aparılıb, xəstəxanada ciddi təhlükəsizlik tədbirləri görülüb. Tibbi yoxlamadan keçən Maşaripov daha sonra İstanbul Polis İdarəsinə aparılıb.
Bundan əvvəl Abdulqadir Maşaripovun yaxalanması üçün 4 dəfə geniş əməliyyat keçirilib. Buna rəğmən o, hər dəfə qaçmağa nail olub. Həyata keçirilən əməliyyatlarda "Reina" qətliamı ilə əlaqədə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu əməliyyatlara 1000 polis əməkdaşı cəlb edilib.
17 gündən sonra ələ keçən Maşaripovun İŞİD üzvü olduğu ehtimal edilir.
Xatırladaq ki, Yeni il gecəsi silahlı şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı