Neftin qiyməti 55-56 dollar arasında stabilləşir

Dünya bazarında "Brent" neftinin qiymətində ötən günün səhər seansları ilə  müqayisədə ciddi dəyişiklik baş verməyib.

 

APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarında 55,22 dollara qədər ucuzlaşan bu markadan olan neft gecə satışlarında 56 dollara yaxınlaşıb. Hazırda "Brent" nefti 55,58 dollardan təklif olunur.

 

WTİ neftinin qiymətində də ciddi dəyişiklik qeydə alınmayıb. Qərbi Texas nefti ötən günlə müqayisədə 16 sent ucuzlaşıb. Bu markadan olan neft hazırda 52,33 dollardan təklif olunur.

 

Səudiyyə Ərəbistanın istehsalın dondurulması ilə bağlı razılaşmanın nəticəsi olaraq neft bazarının iyun ayına qədər stabilləşəcəyini qeyd etməsindən sonra qiymətlərdə azalma baş verməyib. Enerji naziri Xalid Əl-Falih Abu-Dabidə verdiyi açıqlamada neftə ehtiyacların artması və razılaşma səviyyəsini noyabrda əldə olunan altı aylıq anlaşma müddətinin uzadılmasına ehtiyac olmayacağını bildirib.

 

Qiymətlərin 50 dolların üstündə davam etməsi ABŞ neftinin bazara qayıdacağın işarədir. Bu və OPEK razılaşması bazarın iki əsas kilid məsələsidir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR