Manat ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 16 yanvar tarixi ilə müqayisədə bahalaşaraq 1,8045 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9201 manatdır.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1795 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rus rublu, türk lirəsi və gürcü larisi də manat qarşısında dəyər qazanıb. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 30 manat 20 qəpik, 100 türk lirəsi 47 manat 56 qəpik, 100 gürcü larisi 67 manat 39 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR