Lənkəranda məktəb direktorunun müavinini maşın vurdu

Lənkəranda məktəb direktorunun müavinini  maşın vurub. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb. Orta məktəbdə direktor müavini işləyən Bəşirov Ələkbər Qiyas oğlu şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan  VAZ-2107 markalı avtomobillə vurulub.  Yaralı piyada sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Ələkbər Bəşirov Lənkəran şəhər 10 saylı məktəbinin direktor müavinidir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR