Yeni il gecəsi İstanbulda qətliam törədən tutuldu
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripovun keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.
Səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Yeni il gecəsi silahlı şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı