Davos forumu başlayır
Bu gün Dünya İqtisadi Forumu başlayır. APA TV-nin məlumatına görə, forumda 100-dən çox ölkədən 3000-ə yaxın siyasətçi və iş dünyası lideri iştirak edəcək.
Davos forumunda Azərbaycanı prezident İlham Əliyev təmsil edəcək. Zirvə toplantısına 30-dan çox dövlət başçısı və baş nazir qatılacaq. Forumda Suriya böhranı və dünyadakı digər münaqişələr də daxil olmaqla bir çox məsələ müzakirə olunacaq. Zirvə toplantısı çərçivəsində bir çox ikitərəfli görüşlər də planlaşdırılır.
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub. Azərbaycan prezidenti İlham Əliyev qəbulda iştirak edib. Dövlət başçısı tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.
Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı