“Recep İvedik-5”də Azərbaycan boksçusu ilə bağlı səhnə qalmaqal yaratdı

Türkiyədə yayımlanacaq “Recep İvedik 5” filminin treylerindəki boks səhnəsi müzakirəyə səbəb olub. APA TV-nin məlumatına görə, fevralın 17-də ekranlara çıxacaq filmdə azərbaycanlı boksçu ilə bağlı səhnə hiddət yaradıb.

 

Türkiyənin “Hürriyyət” qəzetinə açıqlama verən Girəsun Universitetinin əməkdaşı, professor Aygün Attar bildirib ki, treylerdə Türkiyə-Azərbaycan münasibətlərinin ruhuna uyğun olmayan səhnələr var.

 

Aygün Attar hesab edir ki, bu səhnə “adi komediya deyil və insanları güldürmək üçün hazırlanmayıb”.  O, Şahan Gökbaharı “ucuz üsullarla “komediya” yaratmaqda” ittiham edib.

 

“Ətrafda bu qədər rəqib ölkə varkən, sırf zarafat olsun deyə iki qardaş ölkəni qarşılaşdıran zehniyyət bu halın zarafatının belə doğru olmadığını anlamalıdır. Nəinki Azərbaycanın, dünyanın heç bir ölkəsinin bayrağına komediya olsun deyə yumruq vurmaq qəbuledilməzdir”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR