Bu yolun açılışına az qaldı

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işləri yekunlaşmaq üzrədir.

 

APA TV-nin xəbərinə görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.

 

Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir.  

 

Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki,  Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR